Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb. Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb.

Millimiz dünya çempionatının seçmə mərhələsində növbəti qələbə qazandı

Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında Danimarka millisi ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qalib gəlib.

Təmsilçilərimiz hər üç setdə rəqibini böyük hesabla məğlub ediblər - 25:12; 25:14; 25:14.

Hazırda Azərbaycan millisi 9 xalla “E” qrupunun lideridir. Hollandiya və Ukrayna milli komandaları 6 xalla ikinci və üçüncü pillədə yer alıblar. İsrail 3 xalla dördüncü yerdədir. Norveç və Danimarka komandalarının isə hesabında xal yoxdur.