“Qəbələ” mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib. “Qəbələ” mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib.

"Qəbələ" Almaniyadan futbolçu transfer etdi

“Qəbələ” mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib.

AzNews.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” "Nürnberq"in müdafiəçisi Deyv Bultuisi heyətə cəlb edib.

Daha öncə İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famussa Kone ilə anlaşan "Qəbələ" Bultuisi də rəsmən transfer edib. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub.

2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.