- Köhnə - İdman
- 9 Sentyabr 2017 18:11
- 4 308
Azərbaycan Premyer Liqasının oyunu zamanı 65 metrdən qol vurulub
Bakının "İnter" və Gəncənin "Kəpəz" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub.
"Report"un məlumatına görə, qeyri-adi qol "İnter Arena"dakı matçın 37-ci dəqiqəsində qeydə alınıb.
Qonaq komandanın futbolçusu Kərim Diniyev mərkəz dairəsinin özlərinə aid hissəsindən - təxminən 65 metr məsafədən topu "İnter"in qapısına göndərib. Bu qoldan sonra "Kəpəz" fərqi azaldıb - 2:3. Komandalar fasiləyə elə bu hesabla da çıxıblar.
Qeyd edək ki, Kərim Diniyev "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin oğludur.
AzNews.az