- Köhnə - İdman
- 23 Oktyabr 2017 23:15
- 7 064
Zidan ilin ən yaxşı məşqçisi seçilib

"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.
AzNews.az xəbər verir ki, o, rəqibləri "Çelsi"nin baş məşqçisi Antonio Konte və "Yuventus"un məşqçisi Massimiliano Alleqrini qabaqlayıb.
Londonda keçirilən mərasimdə ona mükafatı 2016-cı ilin ən yaxşı məşqçisi seçilmiş Klaudio Ranyeri təqdim edib.
Zidanın rəhbərliyi altında klub İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.