Mundialın mükafat fondu açıqlandı - 400 milyon

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının mükafat fondu açıqlanıb.

AzNews.az istinadən xəbər verir ki, dünyanın ali futbol qurumunun Şurasının Hindistanın Kəlküttədə şəhərində təşkil edilən iclasında mükafat fondunun 400 milyon dollar olması təsdiqlənib.

Qeyd edək ki, DÇ-2014-ün mükafat fondu 358 milyon dollar olub. Mundialın qalibi Almaniya 35 milyon, finalçı Argentina 25 milyon, bürünc mükafatçı Hollandiya isə 22 milyon dollar əldə edib.