Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Şahmatçımızdan növbəti uğur

Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə iki pillə irəliləyib. Reytinq siyahısında təmsilçimiz 2799 xalla dördüncü pillədədir.

Digər şahmatçımız Teymur Rəcəbov isə 2741 xalla 19-cu pillədə yer alıb. Arkadi Naydiç 2700 xalla siyahıda 44-cü, Rauf Məmmədov isə 2686 xalla 58-ci yerdədir.

Qeyd edək ki, reytinq cədvəlinə 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir.