- Köhnə - İdman
- 9 Yanvar 2018 18:33
- 6 361
"Neftçi" heyətində yeni futbolçu
"Neftçi" PFK heyətinə yeni futbolçu cəlb edib.
AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi İlkin Qırtımovla növbəti mövsümün sonunadək müqavilə bağlanıb.
27 yaşlı futbolçu milli komandanın heyətində 5 oyun keçirib. Bundan əvvəl "Keşlə"də çıxış edib.
Bundan başqa, "Neftçi" futbolçu Uqo Barqasla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl "Qəbələ"dən Aqil Məmmədov və "Binə"dən Fərid Abbaslını transfer edib.