Pirelli Azərbaycan Qran Prisi üçün təkər seçimini elan edib

Pirelli şirkəti aprel ayının sonlarında keçiriləcək Azərbaycan Qran Prisi zamanı istifadə ediləcək təkər tərkiblərini açıqlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Bakıda Formula 1 komandaları “UltraSoft”, “SuperSoft” və “Soft” təkərlərdən istifadə edə biləcək.

Yarış zamanı Soft və SuperSoft tərkiblər məcburi istifadə ediləcək.

Xatırladaq ki, ötən il “Pirelli” Bakıya “SuperSoft”, “Soft” və “Medium” şinləri gətirib.