- Köhnə - İdman
- 24 Yanvar 2018 21:46
- 6 218
"Çətin qrupa düşmüşük" - Maltanın baş məşqçisi
"Əvvəllər çalışdırdığım Farer adalarına qarşı oynayacağımız üçün sevinirəm. Digər tərəfdən isə kifayət qədər çətin qrupa düşdüyümüzü düşünürəm".
AzNews.az xəbər verir ki, bu sözləri millimizlə Millətlər Liqasının eyni qrupunda yer alan Malta yığmasının baş məşqçisi Tom Sentfit deyib. Federasiyanın rəsmi saytına danışan mütəxəssis püşkün nəticələrini dəyərləndirib:
"Zəif rəqibimiz yoxdur, xal qazanmaq asan olmayacaq. Ən azı 1-2 ev oyunumuzda qalib gəlməliyik.
Onda bilinəcək ki, biz nə qədər irəli gedə bilərik. Kosovonu yaxşı analiz edib, hücumameylli futbol oynamalıyıq. Oyunları səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, D liqasının 3-cü qrupunda Azərbaycan və Malta milliləri ilə yanaşı, Kosovo və Farer adaları da yer alıb.