- Köhnə - İdman
- 24 Yanvar 2018 22:47
- 5 136
“Qəbələ” Antalyada ilk qələbəsini qazandı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.
AzNews.az xəbər verir ki, 2018-ci ildə 3-cü matçına çıxan “qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” komandası ilə üz-üzə gəlib. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, “Qəbələ”nin Antalyada ilk qələbəsidir. Daha əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə heç-heçə (1:1) edən "qırmızı-qaralar" İsveçrənin “Sürix” klubuna 0:1 hesabı ilə uduzub.