Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyunlarını keçirib. Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyunlarını keçirib.

"Neftçi" yenə uduzdu

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyunlarını keçirib.

AzNews.az xəbər verir ki, Tərlan Əhmədovun komandası gün ərzində keçirdiyi hər iki sınaq matçında uduzub. Əvvəlcə Rumıniya təmsilçisi “Konkordiya” ilə qarşılaşan paytaxt klubu 0:1 hesablı məğlubiyyətlə üzləşib.

"Neftçi" günün digər matçında - Bolqarıstan “Slaviya”sı ilə görüşdə də eyni hesabla uduzub.

Qeyd edək ki, “Neftçi” Antalya toplanışı çərçivəsində ilk yoxlama matçında “SKA-Xabarovsk”a (Rusiya) 1:8 hesabı ilə məğlub olub.