- Köhnə - İdman
- 26 Yanvar 2018 16:02
- 5 905
Şəhriyar Məmmədyarov dünyanın ən güclüsü ilə üz-üzə
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir.
Femida.az-ın xəbərinə görə, super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünyanın ən güclü şahmatçısı Maqnus Karlsenlə qarşılaşır.
Qeyd edək ki, ötən tur rusiyalı Peter Svidleri məğlub edən həmyerlimiz hazırda dünya reytinqində 2804 xalla 3-cü yerdədir. Onun bu günkü rəqibi Karlus Maqnsen isə 2834 xalla birincidir. Onu 2811 xalla amerikalı Fabiano Karuana izləyir.
AzNews.az