- Köhnə - İdman
- 28 Yanvar 2018 17:56
- 5 545
Rocer Federer "Australian Open" turnirinin 6-cı dəfə qalibi oldu
İsveçrəli raketka ustası Rocer Federer mötəbər "Australian Open"in birinci “Böyük dəbilqə" seriyası mövsümündə ilk yarışın qalibi olub.
AzNews.az xəbər verir ki, finalda tennisçi xorvatiyalı rəqibi Marin Çiliçə 6:2, 6:7 (5:7), 6:3, 3:6, 6:1 hesabı ilə qalib gəlib. Final matçı 3 saat 6 dəqiqə davam edib.
Yarışın ümumi uduş fondu 43 milyon dollardır. 36 yaşlı Federer üçün bu, karyerasında sayca 6-cı “Australian Open” yarışı və ümumilikdə 96-cı qalibiyyət olub. İsveçrəlinin "Böyük dəbilqə" seriyasında 20 qələbəsi var.
Qeyd edək ki, ötən il Uimbldonda "Böyük dəbilqə" seriyasının finalında da R. Federer xorvatiyalı idmançını yenib.