- Köhnə - İdman
- 10 Fevral 2018 10:43
- 5 390
Meyvezer yenidən rinqə çıxır
Mütləq Döyüş Çempionatının rəhbəri Deyn Uayt bildirib ki, Amerika boksçusu Floyd Meyvezer qarışıq döyüş sənəti qaydalarına (MMA) uyğun olarq irlandiyalı Konor Makqreqor ilə mübarizə aparmağa razılaşıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Floyd Konor ilə döyüşəcəyini söyləyib və hər iki üsuldan (boks və MMA qaydalarına uyğun mübarizə) istifadə etmək niyyətindədir.
Bundan əvvəl Meyvezer və Makqreqor dəfələrlə təkrar mübarizə aparmaq üçün bir-birlərini döyüşə çağırıblar.
İdmançılar avqust ayının 26-da görüşüblər. Mübarizə boks qaydalarına əsasən aparılıb və Meyvezerin qələbəsi ilə başa çatıb.