İclasın yekununda qərara alınıb ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirləri tətbiq olunsun İclasın yekununda qərara alınıb ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirləri tətbiq olunsun

Şübhəli oyunlarla bağlı iclas keçirilib

İclasın yekununda qərara alınıb ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirləri tətbiq olunsun




AFFA rəhbərliyinin təşəbbüsü ilə Apellyasiya və Ekspert Komitəsi şübhəli oyunlarla bağlı iclas keçirilib. İclasda AFFA-nın hüquqşünası Rəmiş Malıyev tərəfindən komitə üzvlərinə nəticəsi əvvəlcədən müəyyənləşdirilən şübhəli oyunlar və bu oyunlarla bağlı xüsusi qrupun apardığı araşdırmalar barədə məlumat verilib.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komitə üzvləri xüsusi qrupun məlumatlarını və digər mənbələrdən AFFA-ya daxil olan məlumatları ətraflı müzakirə etmişlər. Müzakirələr zamanı əsas diqqət şübhəli oyunlarla bağlı komitənin qəbul edəcəyi müxtəlif növ cəza tədbirləri və bu tədbirlərin ağırlıq dərəcəsi olmuşdur. Komitənin iclasında Avropa Şurası çərçivəsində 2013-cü ildə qəbul olunması nəzərdə tutulan idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı konvensiya da müzakirə olunmuşdur.

İclasın yekununda qərara alınıb ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirlərinin tətbiq olunması və bu cəzaların Premyer liqa yarışlarının intizam qaydalarına daxil edilməsi məsələsi qaldırılsın.

AzNews.az