"Fənərbaxça"-nın qapıçısı Volkan Dəmirəl açıqlama verib. Türkiyə millisinin sabiq üzvü təklif aldığı klubların adını açıqlayıb. "Fənərbaxça"-nın qapıçısı Volkan Dəmirəl açıqlama verib. Türkiyə millisinin sabiq üzvü təklif aldığı klubların adını açıqlayıb.

"Qarabağ"ın təklifini qəbul etmədim" - Volkan Dəmirəl

"Fənərbaxça"-nın qapıçısı Volkan Dəmirəl açıqlama verib. Türkiyə millisinin sabiq üzvü təklif aldığı klubların adını açıqlayıb.

AzNews.az Goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı qolkiperin xidmətində Azərbaycan çempionu "Qarabağ" da maraqlı olub. Təcrübəli çərçivə qoruyucusu təkliflər alsa da, 40 yaşına qədər Fənərbaxça-dan ayrılmaq niyyətində deyil.

"Hələlik "Fənərbaxça"ya lazımam və burada qalmağa çalışacağam. 40 yaşımda futbolla vidalaşmağı planlaşdırıram. İndiyə qədər bir neçə klubdan təklif alsam da, "yox" cavabı vermişəm. "Mançester Siti, Monako, Milan Svansea Siti Aston villa Hamburq, Atletiko və Qarabağ kimi klublar müxtəlif illərdə məni transfer etmək istəyib" ,-deyə o bildirib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2002-ci ildən Fənərbaxça-da çıxış edir. Kartlaspor-un yetirməsi İstanbul nəhənginin heyətində 500-dən çox oyun keçirib.