- Köhnə - İdman
- 14 May 2018 18:24
- 7 808
Argentinalı ulduz hücumçu futboldan gedir? - Açıqlama
Argentina millisinin sabiq futbolçusu Karlos Teves karyerasını başa vuracağı tarixi açıqlayıb.
AzNews.az-ın məlumatına görə, hal-hazırda "Boka Xuniors" klubunda çıxış edən ulduz hücumçu gələn mövsüm klubu ilə müqaviləsinin başa çatır.
Kanal 13-ə açıqlamasında müqavilə başa çatandan sonra gələn mövsüm karyerasına son qoyacağını açıqlayıb:
"Boka Xuniors" ilə müqaviləm başa çatdıqdan sonra futboldan gedəcəyəm. Karyeram ərzində bu klub üçün darıxırdım. Mən başqa komandaya getməyəcəyəm. Bu klubun forması ilə karyeramı bitirəcəyəm", - o qeyd edib.
Qeyd edək ki, Karlos Teves İngiltərənin "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti", İtaliyanın "Yuventus" və Çinin "Şanxay Şenşua" klublarında da oynayıb.
Argentina millisi üçün isə keçirilən 76 matçda 13 qol vura bilib.