Serbiya Super Liqasının 36-cı turunun “Spartak” (Subotiça) - “Radniçki Nis” matçında (2:0) hakimin verdiyi qərarlar böyük əks-səda doğurub. Serbiya Super Liqasının 36-cı turunun “Spartak” (Subotiça) - “Radniçki Nis” matçında (2:0) hakimin verdiyi qərarlar böyük əks-səda doğurub.

Serbiya futbolunda qalmaqal - Hakim penalti qərarına görə həbs olundu (Video)

Serbiya Super Liqasının 36-cı turunun “Spartak” (Subotiça) - “Radniçki Nis” matçında (2:0) hakimin verdiyi qərarlar böyük əks-səda doğurub.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Serbiya futbolunda hakim qalmaqalı baş verib.

Belə ki, Mayın 13-də Subotiça şəhərinin “Spartak” komandası öz meydanında “Radniçki”ni qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda Obradoviç Subotiça klubunun xeyrinə bir sıra şübhəli qərarlar çıxarıb: ikinci hissənin əvvəlində referi qonaqların hücumçusuna iki dəfə sarı kart göstərərək, onu meydançadan qovub.

Daha sonra isə 13 dəqiqə ərzində “Radniçki”nin qapısına iki 11 metrlik cərimə zərbəsi təyin edib. Hər iki penaltini Nemanya Nikoliç qola çevirib.

Hakim barəsində iki sutkalıq həbs qətimkan tədbiri seçilib. Obradoviç futbol meydanında xidməti vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinir.

Təyin olunan 2-ci penalti daha çox söz-söhbətə səbəb olub.

Görüntüləri sizə təqdim edirik: