Yatdı...yuxudan ayılmadı

İsveçin AİK klubunun qolkiperi İvan Turina evində ölmüş vəziyyətdə tapılıb



İsveçin AİK klubunun qolkiperi İvan Turina evində ölmüş vəziyyətdə tapılıb. O bir gün öncə komandası ilə məşq etdikdən sonra evə qayıdıb. Evdə yatıb və yuxudan ayılmayıb. Turinan ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

Vaxtilə Xorvatiya millisinin qolkiperi olmuş 32 yaşlı Turina 2010-cu ildə Zaqreb "Dinamo"sundan AİK-ə keçmişdi.

AzNews.az