UEFA Qurban Qurbanovla bağlı səhfə yol verdi

UEFA "Qarabağ"ın baş məşqçisini "dəyişib".

Azerisport.az xəbər verir ki, Avropa futbol qurumurun rəsmi saytı Qurban Qurbanovu Ağdam klubunun baş məşqçisi kimi təqdim etməyib.

Belə ki, "Qarabağ"ın iştirak ərizəsində baş məşqçi bölməsində Qurbanovun yox, onun köməkçisi Zaur Tağızadənin adı yazılıb.

Çox güman ki, bu, sözügedən saytın əməkdaşlarının yanlışlığıdı. Çünki Qurbanov ən ali PRO kateqoriyasına da malikdi və onun Ağdam klubunun baş məşqçisi kimi tanınmaması üçün heç bir əsas yoxdu.

AzNews.az