Messinin qiyməti açıqlandı- 580 milyon avro

"Lionel Messini əldə etmək üçün 580 milyon avro ödəmək lazımdır".

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə klubun prezidenti Sandro Rossel məlumat verib.

"Barselona"nı bütün futbolçular tərk edə bilərlər, təkcə Messidən başqa. Messinin müqaviləsi 250 milyon avrodur. Əgər vergini də əlavə etsək, 580 milyon avro olmalıdır".

Xatırladaq ki, Argentina yığmasının kapitanı "Barselona"da 2004-cü ildən oynayır. Klubun Messi ilə müqaviləsi 2018-ci ildə bitir.

AzNews.az