Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI

Avqustun 14-də Malta yığması ilə yoldaşlıq oyunu üçün Azərbaycan milli komandasına çağırılan futbolçular açıqlanıb.

AzNews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Berti Foqts avqustun 11-dən başlanacaq hazırlıq prosesinə 23 əsas və 5 ehtiyat oyunçu dəvət edib.

Qapıçılar: Kamran Ağayev ("Bakı"), Anar Nəzirov ("Sumqayıt"), Səlahət Ağayev ("İnter")

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi "Qarabağ"), Rasim Ramaldanov, Elnur Allahverdiyev (hər ikisi "Xəzər Lənkəran"), Vurğun Hüseynov ("Sumqayıt"), Mahir Şükürov ("Neftçi")

Yarımmüdafiəçilər: Bədavi Hüseynov, Qara Qarayev (hər ikisi "Qarabağ"), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi "Neftçi"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Əfran İsmayılov ("Bakı"), Ruslan Abışov ("Rubin", Rusiya), Elhad Nəziri ("Petrolul Ploiesti", Rumıniya), Ufuk Budak ("Eskişehirspor", Türkiyə)

Hücumçular: Pərdis Fərcad-Azad, Vüqar Əskərov (hər ikisi "Sumqayıt"), Rauf Əliyev ("Bakı"), Cihan Özkara ("Sivasspor", Türkiyə), Rüfət Dadaşov ("Kayzerslautern II", Almaniya)

Ehtiyat oyunçular: Cavid Hüseynov, Elvin Məmmədov (hər ikisi "Bakı"), Volodimir Levin ("Qəbələ"), Əli Gökdemir ("Hannover 96", Almaniya), Vüqar Nadirov ("Qarabağ")

Qeyd edək ki, Topaz Premyer Liqasının 2-ci turunun oyunları nəzərə alınaraq, "Qarabağ", "Sumqayıt", "İnter" və "Xəzər Lənkəran" klublarının oyunçuları millinin təlim-məşq toplanışında avqustun 12-dən iştirak edəcəklər.

AzNews.az