“Bakı” uduzdu, “Neftçi” qələbə qazandı

Dünən Topaz Premyer Liqanın II turuna start verilib.

Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Hər iki qarşılaşma Bakıda baş tutub. İlk turda uduzan "Bakı" bu dəfə AZAL-a minimal hesablı məğlub olub.

İlk turu xalsız başa vuran "Rəvan" isə bu dəfə çempion "Neftçi"yə buraxdığı iki cavabsız qolla yenilib.

Qeyd edək ki, bugün keçiriləcək üç oyunla tura yekun vurulacaq.

Topaz Premyer Liqası
II tur

10 avqust

AZAL – "Bakı" - 1:0

QOL: Viktor İqbekoi, 27

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Yaşar Abbasov, Ömər Paşayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AZAL Arena stadionu

"Rəvan" – "Neftçi" - 0:2

QOLLAR: Bahodir Nasimov, 15; 86

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elşən Acalov, Ramil Əhmədov
Bayıl Arena stadionu

AzNews.az