Araz Ağalarovdan “Fənarbağça” açıqlaması


Araz Ağalarov Türkiyənin "Fənərbağça" klubunun sponsoru olacağına dair xəbərləri təkzib edib.

Azərbaycanlı iş adamı bu barədə yayılan məlumatlara münasibət bildirərkən hətta bu barədə düşünmədiyini bildirib: "Belə hərəkət etmək niyyətində deyiləm. Bu məlumatların hardan qaynaqlandığı şərh edə bilmərəm".

Rusiya mətbuatına müsahibəsində A.Ağalarov "Almaq lazım gəlsə, özümüzünküləri – rus klublarını alacağam. Mən "Dinamo" futbol və Moskvaətrafı Krasnoqorskı təmsil edən "Zorki" otüstü hokkey klublarının sponsoruyam. Bu yükü çətinliklə çəkirəm və o baxımdan, nə isə almağa hazırlaşmıram" deyə vurğulayıb.

Elnur
AzNews.az