- Köhnə - İdman
- 14 Fevral 2014 12:53
- 8 128
K-1 ulduzları Bakıya gəlir

Qeyd edək ki, K-1 yarışlarının təşkili və promouşenı ilə məşğul olan yapon şirkətidir. Turnir fevralın 23-ü Sərhədçi İdman Olimpiya Kompleksində Azərbaycan, Avropa və Asiya idmançılarının iştiraki ilə keçiriləcək. Yarışan idmançılarla yanaşı, təşkilatçılar turnirə bu döyüş növünün əfsanələrini də dəvət ediblər.
Yarış öncəsi "Best of the Best" promouşen qrupunun rəhbəri Elnur Məmmədov İnterpress.az-ın suallarını cavablandırıb:

-Qrin-pri turnirinin yarımfinalında kimlər iştirak edəcək?
-Final döyüşündə dörd idmançı çıxış edəcək. Bunlar Şeyn Kempell, Enriko Kel, Sunq Xyunq Li və K-1 döyüş növü üzrə Dünya Qran-prisinin ikiqat qalibi Buakav Por Pramukdur.Amma bundan əlavə biz tamaşaçıların daha çox döyüş izləməsi üçün reytinq görüşləri təşkil etmişik.
-Maksimo Suares və Ziya Bayramovun rəqibləri məlum deyildi?
-Maksimo Suares Bakıya gəlməyəcək. Onun yerinə İspan Moises Ruibali dəvət etmişik. Döyüşdə onun rəqibi Fabio Kvasi olacaq.
-Ulduz qonaqlardan kimlər gələcək?
- Turnirin fəxri qonaqları K-1 döyüş növünün tanınmış simaları Badr Hari və Melvin Manhoef olacaq.
-Azərbaycan idmançılarının K1 döyüşlərində iştirakı və uğur qazanmaqları üçün hansı işlər görülür?
-İşlər yüksək səviyyədə aparılır. Azərbaycan döyüşçüləri K-1 brendinin rəhbərliyi tərəfindən bəyənilsin, peşəkar qaydada müqavilələr bağlanılsın deyə əlimizdən gələni edirik. Bunun üçün Bakıda təşkil edilən döyüşlərdə daha çox yerli idmançılarımızın çıxışını təmin edirik. Reytinq döyüşlərində bacarığını göstərməklə yanaşı onlar həm də təcrübə yığırlar.
-Məşhur idmançılarla danışıqlarda çətinliklər olmur ki? Onlar Bakıda döyüşmək üçün tez razılaşırlar?
-Bəli, müəyyən kaprizlər olur. Amma bir neçə belə turnir təşkil etdiyimizdən artıq onlarda müəyyən təsəvvürlər var. Ona görə də Bakıda təşkil etdiyimiz belə tədbirlərdə iştirak etməyi asanlıqla qəbul edirlər.
-Hansı gələcək vəd edən idmançılarımız var?
-Tural Bayramov, İsmət Ağazadə, Amil Şahmarzadə, Alim Nəbiyev kimi çox istedadlı döyüşçülərimiz var. Bu turnirdə də reytinq xarakterli döyüşlərdə onlara şans vermişik. Nəzərinizə çatdırım ki, reytinq döyüşlərində bu idmançılarımız iştirak edəcək.
63 kq, Amil Şahmarzadə (AZE) - Zakaria Zouharry (MAR)
83 kq, Ruslan Kobzev (RUS) - Dennis Matthew (NED)
72 kq, Babək Rustəmov (AZE) - Miodrag Olar (ROU)
71 kq, Alim Nəbiyev (UKR) - Çad Sugden (GBR)
70 kq, Ziya Bayramov (AZE)- müəyyənləşməyib
70 kq, İsmət Ağazadə (AZE) - Cedric Manhoef (SUR)
85 kq, Samet Kesser (TUR) - Lazar Daniel (ROU)
70 kq, Moises Ruibali - Fabio Kvasi
72,5 kq, Tural Bayramov (AZE) - Mukai Maromo (CAN)
100kq+, Ağalar Sadıxzadə (AZE) - Corc Kolin (SUR)
Yəni tamaşaçıları bir-birindən maraqlı döyüşlər gözləyir.