Gənc idmançı çempion oldu- Fotolar

Kikboksinq və Muay-Tay üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.


"Qafqazinfo" xəbər verir ki, 67 kq çəki dərəcəsində qalibin adına aydınlıq gəlib. 3 qat dünya çempionu, 2 qat Avropa çempionu 18 yaşlı Ramil Həsənov bütün rəqiblərini məğlub edərək çempion olub. İdmançı 3 görüş keçirib. Bunların ikisi nok-autla yekunlaşıb. Ramil bir döyüşü xal hesabına öz xeyrinə yekunlaşdırıb.
Qeyd qdək ki, yarışa dünən start verlib. Ümumilikdə, 510 idmançı öz qüvvəsini sınayıb.






AzNews.az