- Köhnə - İdman
- 30 Avqust 2014 18:40
- 3 273
Azərbaycan dəmiryolçuları gürcüstanlı həmkarlarını məğlub edib - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Lokomotiv" İstirahət Mərkəzinin stadionunda keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Qarşılaşma Azərbaycan dəmiryolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yarışın sonunda qaliblərə kubok və mükafatlar təqdim olunub.
AzNews.az