- Köhnə - İdman
- 21 Dekabr 2014 12:47
- 3 811
“Prezident bizə böyük stimul verdi”- Qurban Qurbanov
Bu sözləri qol.az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov prezident İlham Əliyevlə görüş barədə fikirlərini bildirərkən deyib.
O, xatırladıb ki, "Qarabağ" ilk dəfə Avroliqanın "pley-off"una yüksələn zaman da dövlət başçısı onu telefon vasitəsi ilə təbrik edib:
"Bu dəfə isə o, bizimlə görüşdü. Biz gələcəkdə daha diqqətli və məsuliyyətli olmalıyıq ki, Azərbaycan futbolu üçün uğurlar qazanaq. Bu görüşlə bütün idman ictimaiyyəti gördü ki, prezident kiçik bir kluba da böyük önəm verir. Ən çətin anımızda prezident bu dəvəti ilə bizə böyük stimul verdi. Bir daha dövlət başçımıza komandam adından təşəkkürümü bildirirəm".