“İnter” klubunun prezidenti Bakıda biznes quracaq?

İtaliyanın "İnter" klubunun prezidenti Massimo Moratti də komanda ilə birgə bu gün Bakıya gələcək. "Leggo" qəzetinin məlumatına görə, Morattinin səfəri təkcə "Neftçi"yə qarşı oktyabrın 4-də keçirəcəkləri Avropa Liqasının oyunu ilə bağlı deyil.

İtaliyanın nəhəng neft maqnatı Azərbaycan paytaxtında biznes fəaliyyəti imkanlarını da araşdıracaq. Onun fikrincə, keçmiş SSRİ respublikasında neftlə əlaqədar bir sıra biznes sahələri mövcuddur. Bu isə Morattinin yeni sərmayələr qoymağa sövq edə bilər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" – "İnter" matçı sabah saat 21:00-da başlanacaq.

AzNews.az