İbrahimoviç qırmızı vərəqə aldı, komandası mərhələ adladı – VİDEO

Dünən gecə futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları baş tutub.



AZNEWS.AZ xəbər verir ki, azarkeşlər İngiltərə və Almaniyada keçirilən görüşlərə şahidlik edib.

Belə ki, "Çelsi" doğma divarlar arasında PSJ ilə üz-üzə gəlib. Oyunun 32-ci dəqiqəsində isveçli futbolçu Zlatan İbrahimoviç qırmızı vərəqə alaraq meydandan qoyulub.

Roman Abramoviçin komandası isə bu üstünlükdən yalnız 81-ci dəqiqədə yararlanıb. 1-0. Ancaq londonluların sevinci cəmi 5 dəqiqə çəkib. 86-cı dəqiqədə PSJ-lilər cavab topu vurublar. 1-1. Əsas oyun bu nəticə ilə bitdiyindən oyunun taleyinə əlavə edilmiş 30 dəqiqədə aydınlıq gətirilib. Bu dəfə komandalar hərəyə bir qol vurub. 2-2. Bu nəticə isə "Çelsi"ni məyus edib və komanda Çempionlar Liqasındakı mübarizəni dayandırıb.
Digər matçda isə "Bavariya" Donetsk "Şaxtyor"unu sınağa çəkib və 7-0 hesabı ilə qalib gəlib.

Beləliklə, PSJ və "Bavariya" növbəti mərhələyə adlayıb.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) 2:2 (Əlavə vaxt)
Qol: Kexl, 81; Hazard, 100; Luis, 86; Silva, 113
Baş hakim: Born Keypers
London. "Stemford Bridc" stadionu
İlk oyun: 1:1

"Bavariya" (Almaniya) – "Şaxtyor" (Ukrayna) 7:0
Qollar: Müller, 4, 51; Boatenq, 34; Riberi, 49; Badstuper, 63; Levandovski, 75; Götze, 87
Baş hakim: Uilyam Kollam
Münhen. "Alyans Arena"
İlk oyun: 0:0