- Köhnə - İdman
- 24 Aprel 2015 20:15
- 2 479
Azərbaycanı 18 cüdoçu təmsil edəcək – Avropa Oyunlarında
Avropa Cüdo İttifaqı Bakıda keçiriləcək Avropa Oyunlarında çıxış etmək hüququ qazanmış idmançıların siyahısını dərc edib.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı-2015" çərçivəsində qitə çempionatı keçiriləcək, buna görə də atletlərin yarışa buraxılması müstəsna olaraq reytinq üzrə həyata keçirilir.
Azərbaycandan Avropa Oyunlarında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Ayişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova, Nuriyyə Axundova (hər ikisi 63 kq), Nərgiz İbrahimova, Validə Mirzəzadə (70 kq) və Günel Həsənli (78 kq) çıxış etmək hüququ qazanıblar.