- Köhnə - İdman
- 15 İyun 2015 23:47
- 3 938
Yığmamız 2 gün qərarlaşdığı zirvəni əldən verdi
Bakı-2015 I Avropa Oyunlarının 4-cü günündə 15 dəst medal sahibini tapıb.
Bakı-2015 I Avropa Oyunlarının 4-cü günündə 15 dəst medal sahibini tapıb.Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi günü 3 medalla başa vurub.
1 qızıl, 2 bürünc mükafat qazanan yığmamız 2 gün qərarlaşdığı zirvəni əldən verib. Belə ki, qeyri-rəsmi komanda birinciliyində Rusiya liderliyi ələ keçirib. Hesabında 9 qızıl, 2 gümüş, 4 bürüncü olan şimal qonşularımızın hesabında 15 medal var.
Ümumilikdə daha çox – 16 mükafat qazanan Azərbaycan idmançıları 7 qızıl və eyni sayda bürünclə yanaşı, 2 gümüş də əldə edib. Həm medal sıralamasında, həm də ümumi mükafat sayında 3-cü pillədə Türkiyə qərarlaşıb.
Qeyd edək ki, Avropa Oyunlarında iştirak edən 50 ölkədən 29-u medal qazanıb. Çempionluq sevincini isə yalnız 14 yığmanın üzvləri yaşayıb.
