- Köhnə - İdman
- 17 İyun 2015 12:46
- 6 083
Yaşar Əliyev ermənini məğlub etdi: 10-6
"Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləşdə 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yaşar Əliyev 1/4 finalda Ermənistan idmançısı Qarik Barseqhyanla üz-üzə gəlib.
AzNews.az xəbər verir ki, oyunda elə ilk anlardan üstünlüyü ələ alan azərbaycanlı idmançı ermənini 10-6 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, güləş yarışında azərbaycanlı ilə erməninin görüşü artıq 2-ci dəfədir ki, baş tutur.
Yunan-Roma güləşində Həsən Əliyev Miqran Arutyunyana məğlub olmuşdu. Nəticədə azərbaycanlı idmançı bürünc, erməni isə gümüş medal qazanmışdı.