56 kq çəkidə son Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yanseni 3-0 hesabı ilə udub. 56 kq çəkidə son Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yanseni 3-0 hesabı ilə udub.

Boks: Tayfur Əliyev yarımfinala çıxdı – CANLI YAYIM

56 kq çəkidə son Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yanseni 3-0 hesabı ilə udub.


AzNews.az xəbər verir ki, o, bu nəticədən sonra yarımfinala vəsiqə qazanıb. Tayfur ən azından bürünc medalı özünə təmin edib.

***
14:17

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçirilr.

AzNews.az xəbər verir ki, Azərbaycan boksçuları bu gün baş tutacaq bütün çəki dərəcələrində iştirak edir.

49 kq çəkidə Avropa və dünya çempionumuz Salman Əlizadə bu mərhələdə irlandiyalı Brendan İrvinlə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.

56 kq çəkidə isə son Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qarşılaşır.

52 kq çəkidə mübarizə aparacaq idmançımız Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla qüvvəsini sınayacaq. Qarşılaşmanın saat 19:30-da start götürəci gözlənilir.
81 kq çəkidə ölkəmizi təmsil edən Teymur Məmmədov Hollandiya idmançısı Peter Mullenberqlə döyüşəcək. Görüş saat 20:45-ə nəzərdə tutulub.

+91 kq çəkidə yığmamızın lideri Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşacaq. 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa və dünya çempionu döyüşünün saat 21:00-da başlayacağı gözlənilir.