- Köhnə - İdman
- 21 Oktyabr 2012 16:32
- 2 793
Yeniyetmə güləşçilərin Respublika turniri başlayıb

AzNews.az xəbər verir ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov yarış iştirakçılarını salamlayıblar.
İlk yarış günündə Azərbaycanın bütün bölgələrindən yunan-Roma güləşi üzrə 117 yeniyetmə güləşçi mükafatlar uğrunda mübarizə aparıb.
İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilərək beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.
AzNews.az