“Azərbaycanla oyun bizim üçün çox vacibdir”- Nika Kovaç

“Azərbaycanla oyun bizim üçün çox vacibdir. Bu görüşün əhəmiyyətini futbolçularımız da anlayır”.


AzNews.az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç Avro-2016-nın seçmə mərhələsində sentyabrın 3-də millimizlə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, Azərbaycan yığması müdafiədə daha nizam-intizamlı oynayır: "Hücumda da inkişaf hiss olunur. Bilirik ki, rəqibdə özünəinam artıb. Son iki oyunda yaxşı nəticə qazanıblar. Sabah qələbə qazansaq, artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcəyik. Favorit bizik".

N.Kovaç qeyd edib ki, sabahkı oyunda mümkün qədər çox qol vurmağa çalışacaqlar: "Azarkeşlər futbola qol görmək üçün gəlir. Sona qədər qol vurmağa çalışacağıq".