“Kikboksçularımızın beynəlxalq arenada nailiyyətləri Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafından xəbər verir” “Kikboksçularımızın beynəlxalq arenada nailiyyətləri Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafından xəbər verir”

Federasiya rəhbəri qalib gələn idmançılardan danışdı - Foto

“Kikboksçularımızın beynəlxalq arenada nailiyyətləri Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafından xəbər verir”


AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO-versiyası üzrə Dünya Çempionatında uğur qazanan idmançılarla görüşü zamanı bildirib.

"Azərbaycanda dövlət tərəfindən idmanın inkişafı üçün hər cür imkan və şərait yaradılıb. Bütün maddi-texniki baza gənclərin istifadəsinə verilib. Gənclər bundan səmərəli yararlanmalıdır. Bunun üçün çox çalışmaq lazımdır", - deyə millət vəkili vurğulayıb.

Adil Əliyev son vaxtlar kikboksçuların beynəlxalq arenada uğurlarından da söz açıb: "Bu gün idmançılarımızın beynəlxalq yarışlarda uğurları, qələbələri digər gənc və yeniyetmə kikboksçularımıza stimul verir. Bu isə sağlam və güclü nəslin yetişməsinə böyük təsir göstərir. Azərbaycana həm fiziki, həm də intellektual cəhətdən fayda verəcək nəsil lazımdır. Serbiyanın Belqrad şəhərində uğur qazanan idmançılarımızı ürəkdən təbrik edirəm".

Yarışda medal qazanmış idmançıları təqdim edirik:

Elşad Ələsgərov- (54 kq, "K-1") - 1-ci yer
Ehram Məcidov (+94 kq, "kiklayt") - 2-ci yer
Ramal Aslanov – (61 kq, "loukik") - 2-ci yer
Anar Məmmədov – (91 kq, "K-1") - 2-ci yer
Ramiz Məmmədov – (54 kq, "loukik") -3-cü yer
Çingiz Əhmədzadə - (51 kq, "K-1") - 3-cü yer
Zöhrab Əzimov - (60 kq, "loukik") - 3-cü yer

Məlumat üçün bildirək ki, Elşad Ələsgərov kikboks üzrə 2 qat dünya çempionu Elnur Əliyevin tələbəsidir. Elşad Ələsgərov bu il martın 14-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Heydər Əliyev kuboku uğrunda turnirdə erməni əsilli rusiyalı kikboksçu Armen Arutunovu məğlub etmişdi.