Ölkə kubokunda 1/8 finalçılar müəyyənləşdi


Azərbaycan kubokunun 1/8 finalında qarşılaşacaq komandaların adlarına
aydınlıq gəlib. AzNews.az xəbər verir ki, noyabrın 28-də baş tutacaq
görüşlərdə 8 matç keçiriləcək. Peşəkar Futbol Liqasının qaydasına
görə, ilk mərhələdə olduğu kimi, bu raunda da qələbə qazanan klub
birbaşa növbəti etapa adlayacaq. 1/4 finaldan isə, qaliblər artıq ev-səfər
görüşünün nəticəsindən sonra müəyyənləşəcəklər.

AzAL (Bakı) - "Simurq" (Zaqatala)
"Tərəqqi" (Gəncə) - "Neftçi" (Bakı)
"Qəbələ" - "Qaradağ Lökbatan"
"Kəpəz" (Gəncə) - "Qarabağ" (Ağdam)
"Bakı" - "Sumqayıt"
MOİK (Bakı) - "İnter" (Bakı)
"Rəvan" (Bakı) - "Neftçala"
"Turan" (Tovuz) - "Xəzər-Lənkəran"

Kamran Hacı
AzNews.az