«Bakı-Azəryol» 1/8 finala «qızıl set»lə adladı

Qadın voleybolçulardan ibarət "Bakı-Azəryol" klubu bu gün CEV kubokunun 1/16 final mərhələsində cavab matçına çıxıb. AzNews.az xəbər verir ki, paytaxtlılar Sloveniyada "Maribor"la görüşüb.

İlk oyunda 3:0 qalib gələn Aleksandr Çervyakovun komandası səfərə rahat yollanıb. Bu isə, ona az qala baha başa gələcəkdi.

Rəqib qarşılaşmanı 3:1 (25:23, 21:25, 25:17, 25:23) xeyrinə bitirərək, mübarizəni tay-brekə uzadıb. "Qızıl set"də toparlanan "Bakı-Azəryol" ev sahibələrini 15:9 hesabı ilə məğlub edib.

Kamran Hacı
AzNews.az