Millət vəkili: "Tarixi torpaqlarımızı da işğaldan azad edəcəyik" Millət vəkili: "Tarixi torpaqlarımızı da işğaldan azad edəcəyik"

“Ermənistanda vəziyyət çox dramatikdir”- Azər Badamov

Millət vəkili: "Tarixi torpaqlarımızı da işğaldan azad edəcəyik"

20 iyunda Ermənistanda növbədənkənar parlament seçkiləri təşkil olunacaq. 25 partiya və 4 blok parlament seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

AzNews.az Ermənistandakı növbədənkənar parlament seçkiləri ilə bağlı millət vəkili Azər Badamovun fikirlərini öyrənib.

- Azər bəy, seçki ərəfəsində olan Ermənistanda vəziyyət gərginləşməkdə davam edir. Paşinyanla Köçaryanın tərəfdarları arasında qanlı dava düşüb. Ermənistandakı bu siyasi gərginlik nə vəd edir?

- Ermənistanda keçiriləcək seçkilərlə bağlı təbliğat kampaniyasını izləyirik. Seçki təbliğat kampaniyası rəsmən 7 iyuldan başlansa da, bu proses mart ayından davam edir. Xüsusilə eks prezidentlər və Paşinyan arasında mübarizədə gərginlik yaşanır. Paşinyan rəqiblərini, rəqibləri də Paşinyanı bütün sərhədləri aşaraq ailə və şəxsi məsələləri ilə şantaj edərək nüfuzdan salmağa çalışırlar. Ermənistandakı seçki öncəsi siyasi vəziyyət çox dramatikdir. Namizədlər daha çox tərəfdar toplamaq üçün hər cür əməllərə əl atırlar. Ermənistandakı seçkiqabağı vəziyyət heç bir ölkənin seçkisinə bənzəmir. Sadəcə bir-birinə düşmən qonşular arasındakı mübahisələrə oxşayır.

- Qeyd etdiyiniz kimi seçkidə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan da iştirak edir. Bu rəqabətdə Nikol Paşinyanın yenidən baş nazir seçilməsi gözləniləndirmi?

- Seçkinin necə yekunlaşacağı haqqında qabaqcadan proqnoz vermək çətindir. Amma görünən odur ki, Paşinyan qalib gəlsə belə əvvəlki qaydada idarə etmək ona çətin olacaq. Çünki seçkidə Paşinyanla müxalifətdə olanların parlamentə düşmək ehtimalları çoxalır. Bu da onu deməyimizə imkan verir ki, yeni formalaşacaq parlamentdə Paşinyanın tərəfdarları fraksiya yarada bilməyəcəyindən qərarların qəbul olunmasında da fikir ayrılıqları yaşanacaq və ölkəni daha dərin böhrana sürəkləyəcək. Həm də hökumətin formalaşdırılmasında problemlərin yaşanacağı indidən görünür.

- Ermənistandakı parlament seçkiləri regiona əsasən də Azərbaycanla münasibətlərə necə təsir edəcək?

- Təbii ki, region üçün Ermənistanda məsələlərə konstruktiv yanaşan bir rəhbərin seçilməsi maraqlıdır. Əks halda yenidən təxribatçı hərəkətlərin davamlı olacağı və yenidən münaqişə ehtimalları gündəmə gələ bilər. Amma bununla yanaşı qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan arasındakı münaqişə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla sonlanıb. Bu bəyanatın icrasının öhdəliyi və məsuliyyəti Rusiyanın üzərindədir. Çünki bu bəyanat Rusiyanın təşəbbüsü ilə imzalanıb. Ermənistanda kimin rəhbərliyə gəlməsindən asıllı olmayaraq üçtərəfli bəyanat icra olunacaq. Ola bilsin ki, müəyyən çətinliklər yaşansın. Amma üçtərəfli bəyanatın icra olunmamasının yeganə alternativi yenidən dəmir yumruğun işə düşməsidir və əgər bu baş verərsə, tarixi torpaqlarımızı da işğaldan azad etməli olacağıq.

Şəbnəm Zahir

AzNews.az