“İran bu niyyəti ilə bəyan etdi ki, Qarabağı hətta Azərbaycanı belə Ermənistan kimi tanıyır" “İran bu niyyəti ilə bəyan etdi ki, Qarabağı hətta Azərbaycanı belə Ermənistan kimi tanıyır"

“Bununla da İranın fars şovinst rejimi siyasi səhnədən gedəcək” – Cahandar Bayoğlu

“İran bu niyyəti ilə bəyan etdi ki, Qarabağı hətta Azərbaycanı belə Ermənistan kimi tanıyır"

Turan Partiyasının sədri Cahandar Bayoğlu son zamanlar gərginləşən Azərbaycan – İran münasibətləri ilə bağlı AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Son vaxtlar Azərbaycan-İran münasibətlərində gərginlik yaşanmaqdadır. İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi aşkar edilib, arzuolunmaz faktlara bağlı Azərbaycan İrana nota verib. İranın mütəmadi olaraq Azərbaycana qarşı təxribatlarını necə şərh etmək olar?

- İran adlanan fars şovinst çətəsi min illiklər ərzində davamlı olaraq Azərbaycanın zəbt edilməsi, parçalanması uğrunda mücadilə aparıb. Hiyləgər yollarla İslam dinini ələ keçirib, öz məqsədləri üçün istifadə ediblər. Azərbaycan Səfəvilər dövlətində, Qacarlar dövlətində zaman-zaman dövlətimizin ali qurumlarına sızaraq, bütün varlıqları boyu türk millətinə qarşı mücadilədə olmuşdurlar. Bu gündə bu psoseslərin davamını izləyirik. İran 30 il boyunca ermənilərlə olan savaşımızda soy qardaşlarının yanında yer alıb. Azərbaycanın dövlət varlığını qəbul etməyərək, ona qarşı mücadilədə olub. İranın tək məqsədi o olub ki, Azərbaycanda qüdrətli bir cümhuriyyət qurulmasın. 44 günlük savaşımızdan sonra Azərbaycan öz sərhədlərinə hakim olduqda, sərhədlərin delimitasiya və demarkasiyasına nəzarəti ələ keçirdiyimiz dönəmdə ermənilərlə İranın iş birliyini daha aydın görməyə başladı.

- Azərbaycanın öz sərhədlərində Gorus-Qafan yolunda nəzarət buraxlış məntəqəsi qurması İranı özündən çıxarıb. İran dini lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. İranın bu addımlarını necə qiymətləndirmək olar?

- Gorus yolunun üzərində İran adlanan haydut dövlətin maşınları qanunsuz keçərək , Xankəndiyə yüklər daşıyıblar. Eyni zamanda sənədlərdə Xankəndini “Stepanakert, Armenia” kimi qeyd etməklə Azərbaycan dövlətinin varlığını tanımadıqlarını bəyan etmiş olublar. Onlar bu niyyətləri ilə öz həqiqi məqsədlərini ortaya qoyaraq demiş oldular ki, biz Qarabağı hətta Azərbaycanı belə Ermənistan kimi tanıyırıq. İranın bununla çirkli mövqeyini nümayiş etdirdiyi göz önündədir. Tırlar içərisində hərbi texniki məhsullarla yanaşı narkotik daşıdıqları da artıq bəllidir. Yükmaşınlarında tonlarla narkotik daşındığı aşkarlanmışdır. Bu haqda qeyri rəsmi bilgilər var. Belə durumda fars şovinst çətəsinin mahiyyəti aydınlaşdıqca rejim Azərbaycana qəsd siyasətini davam etdirmək niyyətində əl çəkmir. Çox gülməli tərəflədən biri də odur ki ,onların tırlarının üzərinə “İsrail daha 25 il görməyəcəksən” şüarı yazıb , altında da Xameneinin şəkli olan pankartlar asıblar. Sanki İranda yaşayan azərbaycanlılara, müsəlmanlara mesaj verirlər ki, guya İran Azərbaycanla deyil, sionizmlə müharibəyə hazırlaşır. Onlar Azərbaycana qarşı, ermənilərin yanında olduqlarını gizlətməyə çalışırlar. Sanki bir sionist qüvvə ilə müharibəyə hazırlaşırlamış kimi hava yaratmağa çalışırlar. Alçaqlığın hər növünə gedirlər.

- İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. İrana məxsus PUA və döyüş helikopterləri Azərbaycanla sərhəddə uçuşlar həyata keçirir. İranın bu təlimləri keçirməkdə məqsədi nədir?

- İran Azərbaycandan üzr istəmək əvəzinə Azərbaycan sərhədində təlim keçir. SEPAH-ın silahlı qüvvələri özəlliklə Qarabağ tərəfdən Arazboyu sərhədlərdə əsgəri birlikləri yığaraq hərbi təlimlərini keçirməyə qərar verib.

Hərbi texnikalarını, daha doğrusu dəmir parçalarını bu bölgəyə yığmışdılar. Onlar özəlliklə Azərbaycanın Horadiz qəsəbəsi ilə sərhəddə yerləşən Aslandüz şəhərində cəmləşiblər. Bizə hərbi güc göstərmək niyyətləri var ancaq yanılırlar.

Hazırda Təbrizdə, Mərənddə, Xoyada, Kəngərdə, Xorasanda, Urmuda, Sulduzda, Zəncanda Ərdəbildə və fars şovinst çətəsinin idarə etdiyi Azərbaycanın bütün şəhərlərində xalq çox narazıdır. Bu bölgələrdə Azərbaycana qarşı olan fars şovinst çətəsinin riyakar siyasətini pisləyən fikirlər güclənməkdədir. Mən inanıram ki, 20-30 gündə İran bu siyasəti davam etdirsə, sadaladığım şəhərlərdə böyük etirazlar, xalq ayaqlanmaların şahidi ola bilərik. Rejim bu siyasətini davam etdirsə , onun çökməsi yaxınlaşacaq. Bizdə çox istəyirik ki , İranın nə qədər gücü var , Azərbaycana doğru gəlsin. Bizə hücum əmrini versə, onun olan texnikaları Arazadan bu üzə keçə bilməyəcək. Çünki İran tərəfdən savaşmağa əsgər qalmayacaq. Ora gələn əsgərlər Azərbyacanla yox, fars şovinizmi ilə savaşacaq. İran dövlətinin əsgəri birliklərində olan türk millətinin şərəfli oğulları, silahları fars şovinst çətəsinin düz alnına tuşlayacaq. Beləliklə bu savaş bitmiş olacaq. Tehran fars şovinst rejimi bununla siyasi səhnədən gedəcək. Bölgə yeni dəyişiklərlə üz-üzə qalacaq.

Şəbnəm Zahir