“Brüsseldə Ermənistanın üzərinə götürdüyü və bu günə kimi yerinə yetirməkdən yayındığı öhdəliklərlə bağlı Azərbaycan özünün sərt mövqeyini ifadə edəcək” “Brüsseldə Ermənistanın üzərinə götürdüyü və bu günə kimi yerinə yetirməkdən yayındığı öhdəliklərlə bağlı Azərbaycan özünün sərt mövqeyini ifadə edəcək”

“Ermənistan Brüsseldə gözlədiyi dəstəyi əldə edə bilməyəcək” - Anar Əliyev

“Brüsseldə Ermənistanın üzərinə götürdüyü və bu günə kimi yerinə yetirməkdən yayındığı öhdəliklərlə bağlı Azərbaycan özünün sərt mövqeyini ifadə edəcək”

"Qafqaz: Əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq Anar Əliyev AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Məhz Brüssel görüşü ərəfəsində Ermənistanın təxribata əl atması nəyə hesablanıb?

- Hesab edirəm ki, Ermənistan tərəf təkcə Brüssel görüşü ərəfəsində deyil, 10 noyabr və 11 yanvar bəyanatları ilə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı kritik anlar yarandıqda müxtəlif təxribatlar törətməklə düşdüyü çətin vəziyyətdən çıxmağa çalışır.

Brüssel görüşü ərəfəsində də Ermənistan təxribata əl atmaqla xüsusən Azərbaycan tərəfin Ermənistana qarşı irəli sürəcəyi tələblərin müəyyən qədər arxa plana keçəcəyini düşünür.

- Brüssel görüşündən gözləntiləriniz nələrdir? Azərbaycanla Ermənistan arasında növbəti görüşdə əsas müzakirə mövzusu hansı istiqamətlər ola bilər?

- Brüssel görüşündə ciddi nəticə, xüsusi fərqli mövzuların müzakirə olunacağını gözləmək düzgün deyil.

Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, xüsusən kommunikasiya nəqliyyat əlaqələrinin yaranması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi istiqamətində addımların atılması və ən əsası Azərbaycanın təkidlə tələb etdiyi qərb rayonlarını Naxçıvanla maneəsiz şəkildə birləşdirəcək kommunikasiya əlaqələrinin açılması məsələsi müzakirə ediləcəkdir.

Hesab edirəm ki, 26 noyabr tarixli Soçi bəyannaməsində qeyd olunan məsələlər, eyni zamanda 10 noyabr və 11 yanvar bəyanatlarından irəli gələn öhdəliklərə sadiqlik bir daha nümayiş etdiriləcək.

- Görüşdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi və “status” məsələsinin müzakirəsi gündəmə çıxa bilərmi?

- Avropa Şurası , Avropa siyasi inistutları Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsində özlərinin tərəfsiz vasitəçilik təklifini irəli sürməyə çalışacaqlar. Bu fikirlərin xüsusən, ATƏT-in Minsk qrupunun həmsədirləri formatında səslənəcəyini proqnozlaşdırıram. Ancaq beynəlxalq müstəvidə də Azərbaycanın daxili əraziləri hesab olunan Qarabağ və Qarabağda yaşayan ermənilərlə bağlı, kiçik bir toplumun hər hansı statusu məsələsindən daha çox Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və bu prosesdə qərb inistutlarının iştirakı imkanları müzakirə ediləcəkdir. Bu görüşdə biz bir daha Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın maraqları baxımından növbəti sərt mövqeyini müşahidə edəcəyik. 10 noyabr, 11 yanvar , 26 noyabr bəyanatlarında Ermənistanın üzərinə götürdüyü və bu günə kimi yerinə yetirməkdən yayındığı öhdəliklərlə bağlı Azərbaycan özünün sərt mövqeyini ifadə edəcəkdir.

Zəngəzur dəhlizinin açılması və bu sahədə praktik işlərin artıq başlanması ilə bağlı məsələlər, sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin müzakirəyə çıxarılması, sərhəddə Ermənistan tərəfindən törədilən təxribatlara münasibət birmənalı şəkildə qeyd olunacaqdır.

Bu məsələlər daha sərt dillə ifadə ediləcəkdir.

- Ermənistanın Brüssel görüşündən gözləntiləri nə yerdədir?

- Ermənistanın Brüssel görüşündən gözləntiləri daha çoxdur. Ermənistan tərəfi hesab edir ki, Brüsseldə havadarları xüsusən Fransa tərəfindən daha ciddi dəstək əldə edə bilər. N. Paşinyan Azərbaycanda artıq məhkəmə qərarı ilə qanuni cəzalarını almış diversantların təhvil verilmələri ilə bağlı məsələləri gündəmə gətirərək, bu istiqamətdə müəyyən xal qazanmağa çalışacaqdır. Ermənistan Azərbaycanla arasındakı münasibətlərin tənzimlənməsində qərb təşkilatlarının , qərb dövlətlərinin iştirakı məsələsində təkid edəcəkdir. Bu məsələdə də qərbdən dəstək alacağını proqnozlaşdırır. Ancaq fikrimcə, Ermənistan planlaşdırdığı bir çox istiqmətlərdə nəticə əldə edə bilməyəcək. Eləcə də , Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək, dəhlizin nəqliyyat və kommunikasiya xətti kimi Ermənistanın daxili ərazilərindən keçən, Ermənistanın nəzarəti altında olacaq bir xətt kimi təsdiqlənməsi istiqamətində gözlədiyi dəstəyi əldə edə bilməyəcək. 10 noyabr bəyantında açıq şəkildə qeyd olunan təhlükəsiz keçid və Rusiya sərhəd qoşunlarının nəzarəti altında həyata keçirilməli olan bu kommunikasiya xətti məhz beynəlxalq hüquqla öz əksini tapan “dəhliz” terminalogiyasının təsiri altına düşür. Qərb institutları da bu məsələnin həllində Ermənistanın maraqları baxımdan o qədər də ciddi təhkid etməyəcək.

Bu görüş də Azərbaycanın növbəti diplomatik qələbəsi və bu günə qədər imzalanmış bəyanatlarda tərəflərin üzərlərinə götürdüyü öhdəliklərə sadiqliyin nümayiş etdirilməsiylə nəticələnəcək. Öhdəliklərin yerinə yetirilməsi məsələsində Avropa institutlarının vasitəçiliyi, öz rollarını təklif etməsi ilə yadda qalacaqdır.

Şəbnəm Zahir