“Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıq edərək, Ermənistanın hədsiz dərəcə çıxılmaz vəziyyətdə olan iqtisadiyyatını qaldırmaq mümkündür” “Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıq edərək, Ermənistanın hədsiz dərəcə çıxılmaz vəziyyətdə olan iqtisadiyyatını qaldırmaq mümkündür”

"Gələcəkdə erməni dövlətinin bu arealda mövcudluğu çox ciddi sual altına düşə bilər"

“Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıq edərək, Ermənistanın hədsiz dərəcə çıxılmaz vəziyyətdə olan iqtisadiyyatını qaldırmaq mümkündür”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

-Arzuxan bəy, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutdu. Brüssel görüşünün nəticəsini, əldə olunan razılaşmaları necə şərh edirsiniz?

-Brüssel görüşündən əvvəlki görüşlərdə olduğu kimi əsasən 10 noyabr bəyannaməsi, 11 yanvar , 26 noyabr və 14 dekabr görüşlərdə müzakirə olunan məsələlər növbəti dəfə müzakirə olunub. Erməni tərəfinin eyni zamanda 14 dekabrda Brüssel görüşünə vasitəçilik edən Avropa Birliyin üzərlərinə götürükləri öhdəliklər müzakirə olunub.

Təəssüflər olsun ki, həm görüşlərdə xüsusilə erməni tərəf və vasitəçilik edən Rusiya və Avropa Birliyinin üzərlərinə götürdükləri bir sıra öhdəliklər sona qədər yerinə yetirilməyib.Azərbaycan ərazilərindən 10 noyabr bəyannaməsinə müvafiq olaraq erməni hərbi birləşmələrinin çıxarılması təmin olunmayıb. Eləcə də delimitasiya və demrakasiya prosesləri ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklər həyata keçirilməyib.

14 dekabr Brüssel görüşündə Avropa Birliyi delimitasiya, demarkasiya prosesində Azərbaycana və Ermənistana bu məsələdə vasitəçilik etmək missiyasını üzərinə götürmüşdü. Eləcə də işğaldan azad olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi ilə bağlı üzərlərinə öhdəlik götürmüşdülər.Eyni zamanda Avropa Birliyi Azərbaycana işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə maliyyə vəsaiti ayırmağı öz üzərinə götürmüşdü.Təəssüflər olsun ki, bu öhdəliklərdə yerinə yetirilməyib. Bu məsələlərin müzakirəsi aparılıb.Lakin ümid edirik ki, bu dəfəki görüşün nəticəsində xüsusilə Ermənistan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcək.

-Ermənistan həm Brüssel görüşü öncəsi, həm də Brüssel görüşündən sonra təxribatlar etməkdə davam etdiyinin şahidi oluruq. Bu cür təxribatçı addımlarla Ermənistan nəyə nail olmağa çalışır?

-Bəli, biz növbəti dəfə xüsusilə də erməni separatçıları tərəfindən həm Qarabağda eləcə də, Ermənistan parlamentində müxalif qüvvələr tərəfindən Azərbaycana yönəlik revanşist fikirlərin şahidi oluruq. Təbii ki, bunların qarşısı alınmalıdır. Erməni tərəfi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırır.

Amma onu da nəzərə alsaq ki, Ermənistan baş naziri son dövrlərdə pozitiv mesajlar verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevə də bu məsələ ilə bağlı mövqeyini bildiribdir. Erməni tərəfi Azərbaycanın suverən ərazilərini tanımaqla bağlı, Azərbaycan ərazisindəki separatçı quruma dəstək verməməklə bağlı artıq pozitiv mövqeyə gəlməkdədir. Ümid edirik ki, bu mövqe davamlı, tək sözdə deyil əməldə də olacaq.

Əgər olmayacaqsa, Azərbaycan buna qədərki dövrdə 30 il ərzində həm ermənilərin, həm vasitəçilərin üzərinə götürdükləri öhdəlikləri bütövlükdə BMT qətnamələri , Avropa Şurasının qərar və qətnamələrini öz gücünə reallaşdırdığı kimi bu məsələni də belə həll edəcək. Əgər bu danışıqlarda üzərlərinə götürdükləri öhdəliklər yerinə yetirilməyəcəksə, təbii ki, Azərbaycan həmin məsələləri də öz gücünə, öz imkanları hesabına reallaşdıracaq.

-Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ilk dəfə olaraq telefon danışığı baş tutub. Tərəflərin vasitəçi olmadan münasibət qurmasını necə dəyərləndirirsiniz?

-Hesab edirəm ki, problem Azərbaycan və Ermənistan arasında olan problemdir. Ermənilər və ermənilərə havadarlıq edənlər arasında yaradılmış problemdir. İki tərəf arasında olan problem ikitərəfli danışıqlar yolu ilə, vasitəsiz həll olunarsa, daha məqbul hesab oluna bilər.

Bu 30 ildə ilk dəfədir ki , Azərbaycan və Ermənistan xarici işlər nazirləri telefon vasitəsi ilə təmasa giriblər. Bu son dərəcə təqdir olunacaq məsələdir. Bu bir daha ümidləri artırır, erməni tərəfi getdikcə konstruktiv reallığa gəlir. İkitərəfli danışıqlar yolu ilə problemlərin həlli istiqamətində real addımların atılması vacibdir.

-Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı tezliklə Bakı və İrəvanın sülh sazişi bağlamalı olduğunu vurğulayıb. Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Paşinyanın bu cür bəyantları nə qədər real görünür?

-Bundan əvvəlki dövrdə də N. Paşinyan analoji fikirlər səsləndirib. Azərbaycana ərazi iddialarından geri çəkiləcəklərini, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirmişdilər. Azərbaycanın konkret mövqeyi var. Bu mövqe beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara bilavasitə əsaslanır.

Bu da ondan ibarətdir ki, qarşılıqlı olaraq ərazi iddiaları olmamalı, tərəflər bir-birilərinin suverenliyini tanımalıdırlar. Azərbaycan ərazisində separatçı qurumlara heç bir halda dəstək verilməməlidir. Onlar olduqdan sonra təbii ki, bu şərtlər qəbul olunursa, sülh müqaviləsinin imzalanması ilə bağlı ciddi problem qalmır. Digər texniki məsələlər danışıqlar yolu ilə həllini tapacaq məsələlərdir. Əsas prinsipal mövqe ortada olmalıdır ki, Ermənistan Azərbaycana və Türkiyəyə ərazi iddialarından əl çəkməlidir. Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları, tezisləri var. Ermənistan bunlardan geri çəkildikdən sonra konkret olaraq sülh müaqviləsi imzalanmasına real əsaslar ola bilər. Bu sözdə deyil əməldə olmalıdır. Ermənistanda kifayət qədər ciddi qüvvələr var ki, sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər. Xüsusən də keçmiş Ermənistan prezidentləri Sarkisyan və Köçaryanın timsalında müxalifət formalaşıb. Onlar Azərbaycanla heç bir halda sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər. Ərazi iddialarında davam edirlər.

-Eyni zamanda bu günlərdə erməni parlamantində birmənalı qarşılanmayan hadisə yaşanıb. Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan tribunaya yaxınlaşaraq Seyran Ohanyanın qaldırdığı “Artsax” bayrağını endirib.

-Bəli , Paşinyanın fraksiyasından olan deputat həmin qondarma qurumun əski parçasını endirdi. Bildirildi ki, 30 il ərzində bu separatçı quruma dəstək verən eləcə də Azərbaycana ərazi iddiaları olan bu günkü müxalifət 30 il ərzində daha çox varlanmağa üstünlük verib. Qarabağ kartı üzərindən hakimiyyətə gəliblər. Qarabağ kartı üzərində öz maddi imkanlarını düzəldiblər. Silah satışından, separatçılara erməni lobbisi tərəfindən verilən maliyyə yardımlarını mənimsəyiblər. Bu gün də bu kartı indiki Ermənistan hakimiyyətinə qarşı istifadə edirlər. Artıq erməni cəmiyyətində də biz görürük ki, vəziyyəti real dəyərləndirənlər var.

-Baş verənlərə əsasən Ermənistan siyasi qüvvələrinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqların demək olarmı?

-Ermənistanın bu günkü hakimiyyəti görünür ki, reallığı doğru-düzgün dəyərləndirərək, anlayır ki, Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıq edərək, Ermənistanın hədsiz dərəcə çıxılmaz vəziyyətdə olan iqtisadiyyatını qaldırmaq mümkündür. Gələcəkdə erməni dövlətinin bu arealda mövcudluğu çox ciddi sual altına düşə bilər. Xüsusən də bu gün regionda baş verən hadisələr Rusiyanın çökdürülməsi, dünyanın və Qərb dövlətlərinin aparıcı güclərinin Rusiyaya qarşı mübarizəyə qalxması və bunun fonunda ermənilərin ən yaxın müttəfiqi olan Rusiyanın zəifləməsi, erməniləri bu addımları atmağa vadar edir. Azərbaycan və Türkiyə ilə normal münasibətlər quraraq gələcəkdə dövlətçiliklərini qoruyub-saxlaya biləcəklərini dərk edirlər. Bu cür öz mövcudluqlarını,batmaqda olan iqtisadiyyatlarını dirçəldə biləcəklərini anlayırlar. Erməni hakimiyyəti bunun fərqindədir. Buna görə də ümid edirik ki, sözdə dediklərini əməldə də edəcəklər. Separatçı quruma dəstək verməkdən əl çəkəcəklər. Azərbaycanın təklif etdiyi şərtlər müqabilində sülh müqaviləsi imzalamasına real addımlar atacaqlar.

Şəbnəm Zahir