Fəzail Ağamalı: “Ədalətli mövqe nümayiş etdirilsə, biz tezliklə indiki durumdan çıxaraq, Ermənistanla münasibətlərimizin normallaşması üçün əlverişli şərait qazana bilərik” Fəzail Ağamalı: “Ədalətli mövqe nümayiş etdirilsə, biz tezliklə indiki durumdan çıxaraq, Ermənistanla münasibətlərimizin normallaşması üçün əlverişli şərait qazana bilərik”

“Rusiya heç bir halda bu prosesdən kənarda qalmaq niyyətində deyil”- Deputat

Fəzail Ağamalı: “Ədalətli mövqe nümayiş etdirilsə, biz tezliklə indiki durumdan çıxaraq, Ermənistanla münasibətlərimizin normallaşması üçün əlverişli şərait qazana bilərik”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

-Azərbaycan və Ermənistan arasında sülh gündəmi ərəfəsində Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən nələr gözlənilir?

-Paşinyanın Moskva səfəri kifayət qədər narahatlıq doğuran səfərdir. Cənab Prezidentlə Nikol Paşinyanın Brüsseldə baş tutan görüşü və görüşdə əldə olunan razılıqlar, Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanması, sərhədlərin dəqiqləşməsi və buna münasibətlərin yaranması ilə bağlı prinsipal razılıq, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin telefon danışıqları və məsələ ilə bağlı işçi qrupunun yaradılması Rusiyanı kifayət qədər narahat edir. O heç bir halda bu prosesdən kənarda qalmaq niyyətində deyil. İstəmir ki, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşmasında Brüsseldə əldə olunan mövqe təmin olunsun.

Təsadüfi deyil ki, məhz sülh sazişinin bağlanması ilə bağlı Rusiyanın da səlahiyyətli nümayəndəsi bu prosesə cəlb olunub. Mənə elə gəlir ki, bu görüşdə Putin öz imzasına hörmət edərək , 10 noyabr və ondan sonrakı görüşlərdə əldə olunan razılığı özündə ehtiva edən sənədlərin müddəalarını yerinə yetirməsi üçün Paşinyanın qarşısına tələb qoyacaq.

Rusiya indiki çətin durumda, Ukraynayla aparmış olduğu müharibədə və dünyanın Rusiyaya qarşı çox kəskin mövqe sərgiləməsi şəraitində istəyər ki, özünün sülhməramlı mövqeyini və sülhməramlı niyyətini nümayiş etdirsin. Bu səbəbdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında bu platformanı ciddi hesab edirəm.

Əgər məhz Putin məsələni bu şəkildə qoyarsa və Paşinyana da imzalanmış sənədlərin qeyri-şərtsiz yerinə yetirilməsi tələbini irəli sürərsə, ondan bunun həyata keçirilməsini tələb edərsə, bu görüş Azərbaycanın maraqları baxımından əhəmiyyətli olardı.

- Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı danışıqlarda Brüssel və Moskvada əldə olunan razılıqlarvar. Azərbaycan üçün sülhə razılıq və proseslərin həll istiqamətində hansı platforma daha önəmli əhəmiyyət daşıyır?

-Azərbaycanın Ermənistana və beynəlxalq təşkilatlara tanış olan 5 prinsipi var. Bu 5 prinsipin yerinə yetirilməsi vahid dövlət kimi Azərbaycanın iradəsinin ifadəsidir. Cənab Prezident səviyyəsində deyildiyi kimi bu Ermənistanın da dövlət kimi maraqlarına ziyan vurmur. Əksinə, onun maraqlarına da müəyyən dərəcə kömək edən, üst-üstə düşən yanaşmalardır. Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması, Azərbaycan kimi Ermənistan üçün də vacibdir. Çünki Ermənistan bunu etməzsə, yeni müharibə vəziyyəti yaratmış olur.

Eyni zamanda Türkiyə ilə də münasibətlərin normallaşmasını kifayər qədər məhdudlaşdırır. Digər tərəfdən sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması , Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın tərəddüdələrinə son qoyulması kimi məsələlər Azərbaycanın ədalətli möveyidir. Beynəlxalq hüquq normalarına söykənən tələbləridir. Burada Ermənistnın dövlət kimi maraqlarına toxunulmur. Əksinə bu Ermənistanı təcavüzkar dövlət möveyindən çıxardaraq, sivil ölkə kimi qonşu ölkənin suverenliyini, ərazi bütövlüyünü tanınması kimi vacib bir öhdəliyi yerinə yetirmiş olur. Həm Brüsseldə, həm Moskvada istənilən beynəlxalq təşkilatda Ermənistanla aparılan danışıqlarda bizim irəli sürmüş olduğumuz prinsiplər çox ədalətlidir. Biz gözləyirik ki, bu prinsiplər yerinə yetirilsin. Rusiyanın da bizim 5 tələbimizə qarşı çıxmaq kimi əsası yoxdur. Məncə ədalətli mövqe nümayiş etdirilsə, biz tezliklə indiki durumdan çıxaraq Ermənistanla münasibətlərimizinnormallaşması üçün əlverişli şərait qazana bilərik.

-Azərbaycanın Ermənistanla birbaşa əlaqələri kimləri narahat edir?

-Sözsüz ki, proseslərə müdaxilə etmək istəyən, bunda maraqlı olan qüvvələr. Vasitəçilik rolunu yerinə yetirən hər bir dövlətin burada öz maraqları olur . Ona görə də bu maraqlar çərçivəsində problemin həlli görünmürdü. Artıq 44 günlük müharibədə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəmanzabit və əsgərlərimiz bu məsələni həll etdi. Azərbyacanın ərazi bütövlüyünü təmin edilməsi üçün addımlar atıldı. Azərbaycan artıq ərazi bütövlüyü demək olar ki, təmin olunub. Lakin tələb olunur ki, Ermənistan bunu etiraf etsin. Rəsmi sənədlərdə bu özünün ifadəsini və əksini tapsın. Bu mərhələdə ikitərəfli görüşlər çox faydalıdır. Müdaxilələr, müxtəlif yanaşmalar yoxdur. Burda iki dövlətin müvafiq peşəkarları müzakirəaparırlar. Mövqelər uzlaşdırılır, Müxtəlif variantlar müzakirə olunur. Hər bir ölkənin özünün dövlət maraqlarına, suverenliyinə xələl gətirilmədən ortalıqda ədalətli bir sənəd olur. İkitərəfli görüşlərə prosesə kənardan müdaxilə olunmamasını, hər iki tərəfin birgə səyləri ilə ortalığa qoyulan sənədin imzalanmasını çox müsbət hesab edirəm. Mənə elə gəlir ki, bizim istəyimiz elə budur.

-Paşinyan sülhə hazır olduqlarını bildirir. Bəs Ermənistan siyasi hakimiyyəti sülhə hazırdırmı, sülhə mane olan qüvvələr kimlərdir?

-Ermənistanın siyasi elitasında az-çox ermənilərin maraqlarına və dövlətçiliyinə doğru və praqmatik yanaşan Paşinyandır.Paşinyan başa düşür ki, bu quyudan çıxmaq və Ermənistanın bir dövlət kimi yaşamasını təmin etmək, Ermənistanı hazırkı miskin və fəlakətli vəziyyətdən çıxarmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmalıdır. Bu həm də mənsub olduğu xalqın və təmsil etdiyi dövlətin mövqeyi baxımından praqmatik və düzgün yanaşmadır. Ancaq Paşinyanın bu mövqeyi ilərazılaşmayan Qarabağ klanı deyilən cinayətkarlaq var. Bu komanda Köçaryan və Sarkisyanın ətrafında olan kriminal, korrupsioner, qatil komandadır.

Onlar nəyin hesabına olursa, olsun Ermənistanla Azərbyacan arasında münasibətlərin normallaşmasına maneə olmağa çalışırlar. Ona görə ki, onlar bilirlər ki, Paşinyanın atmış olduğu bu addımın reallaşması onların onilliklər boyu həyata keçirmiş olduğu təcavüzkar və krminal mahiyyət daşıyan siyasətinin sonu deməkdir. Eyni zamanda onların cəzalandırılacaqlarını bilirlər. Çünki onlar Azərbaycan qarşı da böyük cinayətlərə yol veriblər. Bilirlər ki, münasibətlər normallaşadan sonra onların və onların klanının sonu çatacaq. Bu baxımdan onlar sona qədər maneə olmağa çalışacaqlar. Lakin mənə elə gəlir ki, istəklərinə nail ola bilməyəcəklər. Çünki Paşinyanın Ermənistan toplumda mövqeyi kifayət qədər güclüdür. Ermənilər özlərinin xilası naminə Paşinyanıdəstəkləmək yolundadırlar. Yüz illər boyu zəhərlənmiş olan erməni cəmiyyəti də hadisələrin gedişi və mövcud reallıqlarla barışmaq yolundadırlar. Onların revanşist mövqeyi, Azərbaycan , türk soyuna qarşı düşmənçiliyi və radikal mövqeyinin növbəti hadisələrə gətirib çıxaracağının fərqindədirlər. Bizim əldə etmiş olduğumuz qələbə onların yüzillər boyu düşüncələrində yaratmış olduqları və idealları da puç etdi. Bu səbəbdən məncə çətində olsa , Paşinyan bu cür insanların müqavimətini qıraraq ölkəsini indiki ağır durumdan qurtarmaq üçün sona qədər fəaliyyətini davam etdirəcək.

Şəbnəm Zahir