- İşin içi
- 19 Avqust 2019 20:51
- 3 639
Azərbaycanın dövlət büdcəsində ÜDM-nin 1,4%-i qədər kəsir yaranıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12435,5 mln. manat, xərcləri 13102,7 mln. manat təşkil edib
Aznews.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, büdcənin icrasında 667,2 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,5%-i qədər kəsir yaranıb.
Büdcə vəsaitlərinin 27,5%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,5%-i sosial müdafiə və sosial təminat, 12,3%-i təhsil və səhiyyə sahələrinin, 46,7%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.