Müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir Müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir

Ekspert: Kirayə evlər 25 illiyə veriləcək

Müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir

“Kirayə evlər maksimum 25 il müddətinə təklif olunur”.

AzNews.az xəbər verir ki, bunu iqtisadi-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadrat metrdən mənzil sahəsi hesablamalıdırlar:

“Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından sonra aydınlıq üçün bizə olan müraciətlərə əsasən qeyd etmək istərdik ki, söhbət satın almaq məqsədi ilə kirayə mənzil fondundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir. Kabinet qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edib. Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər. Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlik prinsipi əsasında aparılır. Satın almaq məqsədi ilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir”.

Vüqar Bayramov bildirib ki, satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir:

“Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN xidmət vasitəsi ilə müraciət edə biləcəklər”.

Bahar RÜSTƏMLİ

AzNews.az