"Gömrük Komitəsində kifayət qədər müxtəlif regiondan olan rəhbər şəxslər mövcuddur" "Gömrük Komitəsində kifayət qədər müxtəlif regiondan olan rəhbər şəxslər mövcuddur"

"Səfər Mehdiyevin fəaliyyəti bütün qurumlar üçün nümunə olmalıdır"

"Gömrük Komitəsində kifayət qədər müxtəlif regiondan olan rəhbər şəxslər mövcuddur"

Tanınmış vəkil Ceyhun Yusifov Dövlət Gömrük Komitəsi rəhbərliyinin eyni bölgədən olması barədə sosial şəbəkələrdə yayılan və "Demokrat.az"-ın da dərc etdiyi məlumatlara münasibət bildirib.

Ceyhun Yusifov qeyd edib ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin fəaliyyəti bütün qurumlar üçün nümunə olmalıdır:

"Vasif ("Demokrat.az" saytının rəhbəri Vasif Həsənlini nəzərdə tutur - müəllif) siz mənim tanıdıgım ən peşəkar yazarlardan birisiz. Eyni zamanda saytınızda ciddi xəbər mərkəzidi. Amma səmimiliyimə inanın ki, deyilənlər tam əsasızdır. Dövlət Gömrük Komitəsi bəlkədə yeganə orqandır ki, rüşvətin, korrupsiyanın kökü tam kəsilib. Səfər Mehdiyevin fəaliyyəti inan ki, bütün qurumlar üçün nümunə olmalıdır. Kifayət qədər məni tanıyırsan və bilirsən ki, heç zaman nədənsə çəkinmədən haqqı demişəm, bu gündə haqqı deməyi özümə borc bildim.

Qaldı kadırların regional bağlılığına, o yanaşmada hesab edirəm ki, obyektiv deyil. Gömrük Komitəsində kifayət qədər müxtəlif regiondan olan rəhbər şəxslər mövcuddur. Amma hazırki nümunəvi kadırların regional kimliyini araşdırıb, nə vaxtsa korrupsiyanın tuğyan etdiyi və düzələcəyinədə heç kəsin inanmadığı bir orqanı tam şəffaf quruma çevirən bu şəxslərin fəaliyyətini kölgə altına almaq əz azı insafsızlıqdır. Onu da sonda xatırlamağı özümə borc bilirəm ki, bir müddət əvvəl şəxsən Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin KİV-nümayəndələrinə "bu qurumda kimliyindən asılı olmayaraq kiminsə bir manat belə rüşvət alsa, bunun məssulyətini daşımağa tam hazıram" deyə açıq bəyanat vermişdi. İndi siz deyin, hansı Nazir və ya Mərkəzi icra hakimiyyətinin rəhbəri bunu KİV-qarşısında təkrar edə bilər? İndi siz araşdırın, bəlkə rastlaşdınız.

Şəxsinizə və peşəkarlığınıza hər zaman sayğı göstərən dostunuz vəkil Ceyhun Yusifov...".

Qeyd edək ki, bir neçə gün əvvəl "Meydan TV"-nin rəhbəri Həbib Müntəzir (Abdullayev) Azərbaycan Dövlət Gömrük Komitəsi rəhbərliyinin eyni regiondan olmasını göstərən siyahı yaymışdı. Həmin siyahıda Dövlət Gömrük Komitəsi rəhbərliyində çalışan şəxslərin Naxçıvan Muxtar Respublikasında doğulduğu qeyd olunur.

Sözügedən siyahı sosial şəbəkələrdən yayılandan sonra "Demokrat.az" olaraq Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz müsbət nəticə verməmişdi.