Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanılıb Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanılıb

Qazaxıstan gələn ildən BTC ilə neft nəqlinə başlayacaq

Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanılıb

Qazaxıstan 1 yanvar 2023-cü il tarixindən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft nəqlinə başlayacaq.

"Aznews.az"-ın xəbərinə görə, bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov ölkə parlamentinin plenar iclasından sonra keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanılıb. Proqrama əsasən Qazaxıstan nefti Aktau limanından Bakı limanına çatdırılacaq və buradan BTC vasitəsilə nəql ediləcək.

"İstanbul metrosu"nun rəhbəri: "Bakı Metropoliteni" ilə çox gözəl işbirliyimiz var"
Gündəlik qlobal neft tələbatı 2045-ci ilə qədər 110 mln. barelə çata bilər
“Bakı limanı vasitəsilə Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu xətti də var. Bir də Çin istiqaməti var. Hazırda biz bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işləyirik. Bakı-Tbilisi-Ceyhan istiqamətinə gəldikdə isə, biz 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə etmişik.”, - deyə Baş nazir bildirib.

Baş nazir qeyd edib ki, bu həcmin daha sonra 6,5 milyon tona çatdırılması nəzərdə tutulub.