- İşin içi
- 9 Yanvar 14:31
- 1 757
BMT 2026-2027-ci illərdə Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır
BMT Azərbaycanda 2026-cı il üçün inflyasiyanı 4 %, 2027-ci il üçün isə 3,5 % səviyyəsində proqnozlaşdırır.
Aznews.az xəbər verir ki, BMT-nin qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,6 % təşkil edib.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) görə, cari ildə illik inflyasiya təxminən 5,7 % olacaq.
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanı 2,3 % səviyyəsində gözləyir.
Asiya İnkişaf Bankı Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanı 3,5 % səviyyəsində proqnozlaşdırır.
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda cari ildə orta illik inflyasiyanın 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" isə 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını gözləyir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-noyabr aylarında isə 5,7 % təşkil edib.