IATA: Noyabrda sərnişin aviadaşımalarına tələbat təxminən 6 % artıb

Ötən ilin noyabr ayında hava nəqliyyatı ilə sərnişin və yük daşımalarına tələbat illik ifadədə müvafiq olaraq 5,7 % və 5,5 % artıb.

Aznews.az xəbər verir ki, noyabrda yüklənmə əmsalı (PLF) 83,7 % (2024-cü ilin noyabr ayına nisbətən 0,3 faiz bəndi artıb) təşkil edib.

IATA-nın məlumatına görə, beynəlxalq sərnişin daşımalarına tələbat 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,7 %, daşıma həcmi 7,1 % artıb, PLF isə 84 %-ə (+0,4 faiz bəndi) çatıb.

Bundan əlavə, daxili aviadaşımalara tələbat illik 2,7 % artıb, daşıma həcmi 2,7 % artıb, PLF isə 83,2 % (dəyişməyib) təşkil edib.

"Yeni ildə əsas prioritet aviadaşıyıcıların ehtiyaclarını ödəmək üçün istehsal həcmini artırmaq olmalıdır", - IATA-nın baş direktoru Uilli Uolş qeyd edib.

2025-ci ilin noyabr ayında dünya üzrə sərnişindaşımaları bazarının strukturu aşağıdakı kimi bölünüb: Afrika - 2,2 %, Asiya-Sakit Okean regionu - 33,5 %, Avropa - 26,7 %, Latın Amerikası və Karib hövzəsi - 5,3 %, Yaxın Şərq - 9,4 %, Şimali Amerika - 22,9 %.

"Noyabrda yük aviadaşımalarına tələbat illik ifadədə 5,5 % artıb. Artım əsasən yük göndərənlərin bayram mövsümü ərəfəsində vaxtında çatdırılmanı təmin etmək istəyindən qaynaqlanıb. Ümumiyyətlə, dördüncü rüb seqment üçün dayanıqlı olub: ticarət marşrutlarının strateji baxımdan yenidən bölüşdürülməsi əsas bazarların dinamikasına əhəmiyyətli təsir göstərib. 2025-ci ilin uğurla başa çatması sənaye üçün yeni ilin əvvəlində müsbət zəmin yaradır", - U.Uolş bildirib.

Ötən ilin noyabr ayında regionlar üzrə yük aviadaşımalarının bölgüsü aşağıdakı kimi olub: Afrika – 2 %, Asiya-Sakit Okean regionu - 34,3 %, Avropa - 21,5 %, Latın Amerikası və Karib hövzəsi - 2,9 %, Yaxın Şərq - 13,6 %, Şimali Amerika - 25,7 %.

"2025-ci ilin oktyabr ayında yük aviadaşımalarının həcmi əksər istiqamətlər üzrə artıb. Ən güclü artım Asiya daxilində baş verib. Asiya-Şimali Amerika marşrutu üzrə illik artım 1,8 % (bazar payı - 24,6 %) təşkil edib; Avropa-Asiya istiqaməti üzrə 11,7 % (20,4 %) artım qeydə alınıb. Yaxın Şərq-Avropa - 5,4 % (5,6 %) artım; Yaxın Şərq-Asiya - 11,1 % (7,3 %) artım; Asiya daxilində - 15,8 % (7 %) artım; Avropa daxilində - 4,9 % (2 %) azalma; Şimali Amerika-Avropa – 5 % (13,3 %) artım; Afrika-Asiya - 9,5 % (1,4 %) artım olub", - məlumatda qeyd olunub.